Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Türkiyəli tanınmış  müğənni Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. “Mega Müzik” şirkətinin təşkil etdiyi konsert 1 mart Bakı Konqress Mərkəzində baş tutub.

Səhnədə fərqli obrazlara üstünlük verən Hadise paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkib. Repertuarında yer alan hit ​ mahnıları ifa edən Hadise onu dinləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb. Müğənni konserti “Aşk Kaç Beden Giyer?” mahnısı ilə açdı.İfaçı konserti zamanı “Şampiyon”, “Prenses”, “Yaz günü”, “Kahraman”, “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən hitlərini səsləndirib. Səhnədə müğənnini musiqiçilər və rəqqaslardan ibarət qrup müşayiət edib. Gecədə şousu və rəqsi ilə diqqət çəkən Hadise tamamilə qırmızı rəngdən istifadə edib.

​ Hadise Azərbaycana hər gəlişində səmimi və mehriban qarşılandığını, azərbaycanlı fanatlarından hər zaman böyük sevgi gördüyünü etiraf edib:
“Bu gecə Bakıda unudulmaz konsertə imza atacağıq. Bütün biletlərin satıldığını öyrənəndə çox xoşbəxt oldum. Sizi çox sevirəm”.Müğənni bildirib ki, Bakı Konqress Mərkəzində 4-cü dəfə çıxış edib və bu məkanı çox beyənir.

Pərəstişkarı Hadiseni ​ izdihamla qarşılayıb. ​ Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►
City Life

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz Ötən gün Xalq artisti Aygün Kazımova 55…
►►►
City Life

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb 2025-ci…
►►►