ABB və AZAL-dan təyyarə biletlərində sərfəli təklif

ABB AZAL-la birgə səyahətsevərlər üçün maraqlı yenilik təqdim edib. AZAL-ın təyyarə biletlərini indi TamKartla alıb ödənişi hissə-hissə həyata keçirmək olar. Bu imkan yalnız AZAL-ın rəsmi internet səhifəsindən və mobil tətbiqindən elektron qaydada alınmış biletlərə aiddir.

Müştəri istəyindən asılı olaraq ödənişi TamKartla 3 ayadək faizsiz taksitlə ödəyə bilər. Bu fürsətdən AZAL-ın bütün istiqamətlər üzrə təşkil etdiyi uçuşlarda faydalanmaq mümkündür. Bunun üçün müştəri AZAL-ın internet səhifəsində və ya tətbiqində bileti seçib ödəniş mərhələsinə keçməli, ödəniş üsulu kimi TamKartı seçməlidir. TamKartı buradan, AZAL-ın təyyarə biletlərini isə buradan onlayn əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►