Bakı Fond Birjası ilə Astana Yaşıl Maliyyə Mərkəzi arasında memorandum imzalanıb

13 mart 2024-cü il tarixində Bakı Fond Birjası və Astana Yaşıl Maliyyə Mərkəzinin nümayəndələri arasında memorandum imzalanıb.

Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd “Yaşıl Maliyyə” sahəsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsidir. 

Tədbirdə Bakı Fond Birjasının üzvü olan İnvestisiya Şirkətləri də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan etmişdir. Eyni zamanda, Azərbaycan 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a ev sahibliyini edir.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►