Kino həvəskarları üçün əla xəbər!

28 Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında saat 22:00-dan sonra başlayan filmə bilet alan tamaşaçıları xoş sürpriz – pulsuz parkinq gözləyir! Bunun üçün kinoteatrın kassasından bilet almaq, onu nümayişin sonuna qədər saxlamaq və çıxışda dayanacaqda olan Ticarət Mərkəzinin əməkdəşına təqdim etmək lazımdır. “CinemaPlus 28 Mall” kinoteatrı “28Mall” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Kinoteatr 6 zaldan 885 oturacaq yerindən ibarətdir. “Platinum Movie Suites” zalı isə kinoteatrdan unudulmaz təəssürat yaradacaq. Bu premium-zalın konsepsiyası tamaşacılara yüksək komfortlu və arxaya açılan, dəridən dəbdəbəli italyan kreslolarında, kinoseans zamanı yemək və içki sifariş etmək imkanı təklif edir. “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►
City Life

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz Ötən gün Xalq artisti Aygün Kazımova 55…
►►►
City Life

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb 2025-ci…
►►►