“Breyn Rinq” intellektual bilik yarışının 19-cu mövsümü Nar komandasının çempionluğu ilə başa çatıb. Final mərhələsində hesabın 1:1 olmasına baxmayaraq, həlledici sualın cavabını tapan “Nar” “Kapital Bank”a qalib gələrək “Nar” kubokunun sahibi olub.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Qeyd edək ki, “Breyn Rinq”in builki mövsümündə respublikanın paytaxtından 4, bölgələrindən və ali məktəblərindən isə 8 olmaqla 20 seçilmiş komanda mübarizə aparıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Əlaqədar məqalələr
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
Elm / Texnologiya

Kaspersky: uşaqlara onlayn və oflayn vaxtlarının balanslaşdırılmasında necə kömək etməli

Kaspersky: uşaqlara onlayn və oflayn vaxtlarının balanslaşdırılmasında necə kömək…
►►►
Elm / Texnologiya

“Nar” Kitab gününü Salyanda qeyd edib

“Nar” Kitab gününü Salyanda qeyd edib Sərfəli mobil operator “Nar” 23 aprel…
►►►