“AzerGold” QSC Daşkəsəndə aztəminatlı ailələrə Ramazan sovqatı təqdim edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində QSC-nin əməkdaşları rayonun Quşçu kəndi və eyniadlı qəsəbəsində yaşayan aztəminatlı ailələri ziyarət ediblər. Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşıyır. Cəmiyyət hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, rifah halının yaxşılaşdırılması istiqamətində davamlı olaraq sosial layihələr icra edir.

Əlaqədar məqalələr
City Life

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib 5…
►►►
City Life

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı…
►►►
City Life

“Balaca səyyah” premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır Noyabrın 16-da, məktəblilərin payız tətili…
►►►