Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən Azərbaycan Biznes Keys yarışmasının qalibləri bəlli oldu

Ölkənin birinci bankı Kapital Bank və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (ABMA) birgə tərəfdaşlığı ilə keçirilən 20-ci Azərbaycan Biznes Keys Yarışmasının (ABCC 2024) qalibləri bəlli olub.

Yerli və xarici tələbələri əhatə edən yarışmanın yarımfinal mərhələsində hər komandada 4 nəfər olmaqla 16 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışmanın birincisi 76 nömrəli komanda olub. 16 nömrəli komanda 2-ci, 79 və 4 nömrəli komanda isə eyni nəticə ilə 3-cü yerə layiq görülüblər. Qalib komandaya 14 000 manat dəyərində pul mükafatı təqdim olunub.

Müsabiqənin keçirilməsində məqsəd  ali təhsil müəssisələri tələbələrinin biznes yönümlü sahələr üzrə bacarıq və vərdişlərini təkmilləşdirmək, onların maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki vərdişlərə yiyələnməsinə dəstək olmaqdır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Əlaqədar məqalələr
City Life

Bakıda “Chain Reaction 2024” konfransı keçiriləcək

Bakıda “Chain Reaction 2024” konfransı keçiriləcək 10-11 sentyabr tarixlərində…
►►►
City Life

Qeyri-hökumət təşkilatları üçün mədəni....

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant…
►►►
City Life

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik…
►►►