Növbəti hərraclara 49 əmlak çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 may tarixində keçiriləcək hərraca 2 avadanlıq (isitmə və soyutma sistemi, transformator) və 44 nəqliyyat vasitəsi çıxarılacaq.

Dövlət Xidmətinin məlumatına görə, nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya və Yaponiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri 1980-2011-ci illəri əhatə edir.

17 may tarixində keçiriləcək hərraca isə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan 2 qeyri-yaşayış binası və 1 mənzil çıxarılacaq.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►