Cənubi Koreya ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Cənubi Koreya ilə ticarət dövriyyəsinin ümumi həcmi 17,4 faiz və ya 13,2 milyon ABŞ dolları artaraq 89,2 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Cənubi Koreyaya 104,5 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 43,8 faiz və ya 31,8 min dollar çoxdur.

Cənubi Koreyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 17,4 faiz və ya 13,19 milyon dollar artaraq 89,1 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Cənubi Koreya ilə ticarətin payı 0,92 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,28 faiz bəndi çoxdur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib 21 oktyabr Bakıda Avropa…
►►►
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►