Mahsun Kırmızıgül Bakıya gəldi

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül mayın 17-18-də Bakı Konqres Mərkəzində canlı solo konsert proqramı ilə çıxış edəcək. 
Sənətçi artıq  paytaxtımıza gəlib. Təyyarədən enər-enməz Mahsun Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri ilə görüşərək, onların suallarını cavablandırıb. 

İfaçı ölkəmizi çox sevdiyini və insanlarının qonaqpərvər olduğunu diqqətə çatdırıb. İfaçı bildirib ki, onu hər kəs Bakıda qonaq etmək istəyir, Bakıda ev almaq ehtiyac heç yoxdu:
“Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də otel yoxdur. İnsanlar kimdən otel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də, mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də, sizin hamınızı çox sevirəm.

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►