Türkiyənin sevilən müğənni Mahsun Kırmızıgül Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

17- 18 may Türkiyənin sevilən müğənni, aktyor, rejissor, ssenarist və bəstəkarı Mahsun Kırmızıgül Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. Konsert Bakı Kongress Mərkəzində baş tutub. Konsertdə Mahsun Kırmızıgülün xüsusi dəvəti ilə şəhid ailələri də iştirak edib. Tanınmış müğənnini səhnədə canlı orkestr müşayiət edib. “Salam Bakı. Sizi çox sevirəm. Şəhəriniz çox gözəlləşib. Bura mənim ikinci evimdi. Sizə xoş gecə arzulayıram”, Mahsun Kırmızıgül pərəstişkarlarını salamlayıb.

Konsertdə Mahsun Kırmızıgül ilk mahnısının necə ərsəyə gəlməsindən danışıb. “11-12 yaşımda küçələrdə su sataraq özümə velosiped aldım. Daha sonra həmin velosipedi sataraq  ilk mahnımı ərsəyə gətirdim. Bu mahnı sayəsində mənə Türkiyədən təklif gəldi. Türkiyənin tanınmış produserlərindən biri məni məşhur kluba apardı. Həmin klubda çox gözəl bir xanım mahnı oxuyurdu. Amma gözünün biri bağlı idi. O, Bergen idi. Yoldaşı tərəfindən  şiddət yaşamışdı. Sonra mən səhnəyə çıxdım. Mahnım zamanı Bergen ağladı və mən gedib onun gözyaşını sildim. Mənə sənətimdə uğurlar arzuladı və xəyallarımın dalınca həmişə getməyə tövsiyye etdi”.

Gecədə müğənni “Dinle”, “Vefasız”, “Sarı, sarı”, “Yıkılmadım”, ” Anem”, ” Bəlalım”  və digər sevilən mahnılarını pərəstişkarları ilə birgə ifa edib.
Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb 2026-cı ilin ilk altı…
►►►
City Life

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib

CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi…
►►►
City Life

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı Azercell-in…
►►►