Arif Babayevin muğam dünyası” adlı konsert baş tutub

“Arif Babayevin muğam dünyası” adlı konsert proqramının ikinci hissəsi Heydər Əliyev Sarayında baş tutdu. “Ulduzlu axşamlar” layihəsi çərçivəsində baş tutan konsertdə Əməkdar incəsənət xadimi Aqil Məlikov, Xalq artistləri Nazpəri Dostəliyeva, Teyyub Aslanov, Aygün Bayramova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Səbuhi  İbayev, Bəyimxanım Vəliyeva, xanəndələr Eldəniz Məmmədov, Gülay Zeynallı, Mirələm Mirələmov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Pərviz Qasımov, Leyla Rəhimova, Hüseyn Məlikov və Sadiq Qasımov çıxış etdilər.

Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev muğam dünyasında  ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb. Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan böyük şöhrət qazanıb. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaratdı.

Arif Babayevin  yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox
sevilir.

Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb.

Əlaqədar məqalələr
City Life

Kenan Doğulu Bakıda konsert proqramı ilə çıxış etdi

Kenan Doğulu Bakıda konsert proqramı ilə çıxış etdi Türkiyənin məşhur müğənnisi…
►►►
City Life

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində İnnovasiya və…
►►►
City Life

Bakıda “PASİFİCO” gecə klubu karantinə alındı....

Bakıda “PASİFİCO” gecə klubu karantinə alındı! Qəfəsdə zombilər aşkarlandı! 18…
►►►