Məşhur müğənni Murad Arifin  “HITMAKER” adlı konserti baş tutub

Azərbaycanda ən hit mahnıların bəstəkarı və ifaçısı Murad Arifin Heydər Əliyev Sarayında növbəti konserti baş tutdu. Xatırladaq ki, Murad Arifin Heydər Əliyev Sarayında ilk “Solo” adlanan konserti ötən ilin mayında keçirilib. Sənətçi konsertdən əvvəl mətbuat nümayəndələrinə müsahibə verib. İfaçı konsertin tamaşaçılarda xoş əhval-ruhiyyə yaradacağına ümid etdiyini bildirib:
“Bu gün konsertim ötən dəfəkindən daha sərbəst olacaq. Bu konsertdən hamı yüksək əhval-ruhiyyə qazanacaq. Murad Arif də hitmeyker deyilsə, bəs kimdir hitmeyker? Bu adı mənə siz, jurnalistlər vermisiz, və bu ad  mənə ana südü kimi halaldır”.

Daha sonra tanınmış müğənni Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Konsertin açılışında “Çalxala-çalxala” mahnısına uyğun şou nümayiş edilib. İfaçı musiqili gecədə üç kostyum dəyişib.

Sənətçi sevilən  mahnılarını pərəstişkarları üçün səsləndirib. Bu ifalar arasında Murad Arifin “Dondurma”, “Mənə Sən Lazımsan”, “Oğlum”, “Tufan”, “Oppalara”, “Yalnız səni gözlədim”, “Saçların”, “Partlat!”, “Qızım” mahnıları yer alıb.

Gecə maraqlı duetlərlədə yadda qalıb. Murad Arif Lalə Məmmədova, Dilarə Kəzımova, Elnarə Xəlilova və Sevda Ələkbərzadə ilə səhnəni bölüşüb. Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►