ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə 3-cü ABB Hakatonunu keçirib. Hakaton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təhsil proqramı çərçivəsində təşkil olunub.

İdeya marafonunda iştirak üçün 257 nəfər müraciət edib, onlardan 187 nəfər iştirak hüququ qazanıb. Yarış 67 komanda arasında gedib.

Ümumilikdə 25 startap komandası seçilərək ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Proqram 1 avqust 2022-ci il tarixindən başlanacaq. İlk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşərək, mükafatlandırılacaqlar.

3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və “ƏDV geri al” xidmətinin inteqrasiyası ilə bağlı olub. Digər  sahələrə aid innovativ ideyalar da cəlb edilib.

ABB-nin bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə innovasiya mədəniyyətini və İT ekosistemini inkişaf etdirməkdir.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private…
►►►
İqtisadiyyat / Biznes

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! Bu şənbə də bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Kiçik və Orta Biznesin…
►►►