AZPROMO Almaniyada keçirilən Forumda iştirak edib

Tədbirdə azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlükləri diqqətə çatdırılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçirilən “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”nda təmsil olunub.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin yaşıl investisiya potensialı haqqında məlumat verib, Azərbaycan-Almaniya iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirib və münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün sözügedən sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Tədbir zamanı Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər təqdimatlarla çıxış edib, ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş olunub. 

Qeyd edək ki, forumda Avropadan 125 mühəndis, alim, dövlət qurumların nümayəndələri, yerli və xarici qonaqlar iştirak edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat....

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit…
►►►
İqtisadiyyat / Biznes

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər “ABB 2025-ci ilin 9 ayını 261…
►►►
İqtisadiyyat / Biznes

Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir!

Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir! Yelo Bank sahibkarların…
►►►