Üçüncü Beynəlxalq Bakı Piano Festivalı gənc istedadların “We are the future” layihəsi ilə davam edib.

“We are the future” adlı iki konsertdə festival tamaşaçıları qarşısında gənc nəslin istedadlı və perspektivli musiqiçiləri çıxış ediblər. Bəzi iştirakçılar üçün bu axşam onların debütü oldu.

Hüseyn Niftəliyev, Raniyə Rzayeva, Ariya Əhmədova, Aylin Abdullayeva, Əbdürrəhman Rzayev, Qafar Həsənzadə, Duyğu Rəsul, Sevda Əmirli, Nurcan Cəfərova, Əminə Nəcəfli, Pərviz Bağırov, Ayan Əsgərova, Adnan Kərimli, Mədinə Paşayeva və Əhməd Nadir Abdulla klassik proqramla çıxış ediblər.

Mirəhəd Növrəsli, Hüseyn Kərimov, Məhəmməd Allahverdiyev, Əmin Əliyev, Mirsəməd Növrəsli, Cavad Məmmədsadıx, Mətin İbrahimli, Mədinə Paşayeva, Nəzrin İmanova, Ziya Alışov Yusifli, İsmayıl Vəlizadə caz improvizasiyaları ilə tamaşaçıları təəccübləndiriblər. Gənc istedadların çıxışları tamaşaçıların alqışları ilə keçdi.

Tədbir çərçivəsində “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə uşaq işlərindən ibarət sərgi də keçirilib. Sərgidə gənc rəssamlar Əminə Cabarlı, Nazim Məmmədli, Sürəyya Məmmədli, Suad Tağıyeva, Aylin Rzayeva, Fəray Mürşüdlü, Əminə Mirzəliyeva, Amin Mirzəliyev, Evangelina Lisanova, Rəşid Əliyev, Elvira Əliyeva, Məryəm Əliyeva, Maqsud Əliyev, Fidan Abbasəliyeva, Nigar MahmudUmud Həbibov iştirak ediblər.

Bakı Piano Festivalı təkcə virtuoz pianoçuların sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassik musiqidən tutmuş Braziliya sambasına və flamenkoya qədər istənilən musiqisevər üçün əla seçimdir. Festival iyunun 29-u daxil olmaqla davam edəcək.

Festivalın şüarı: May piano inspire you!

Haştaqlar: #bakupianofest #bakupianofestival

Festivalın veb saytı: https://bakupianofestival.com/

Biletlər: https://iticket.az/ru/events/3rd-baku-international-piano-festival