Qırğızıstanda Türk Biznes və İnvestisiya Forumu keçirilib

İyulun 26-28-dək Qırğızıstanda Türk Biznes və İnvestisiya Forumu keçirilib. Qırğızıstanın məşhur İssuk-Kul şəhərində keçirilən Forumda ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Baş katibin müavini Bəhruz Kərimov və iş adamları təmsil ediblər.

Forum çərçivəsində Qırğızıstan Respublikasının investisiya potensial, ekoloji cəhətdən təmiz məhsulların təşviqi, Yaşıl Enerjinin inkişafı, İT sənayesinin inkişaf perspektivləri, müasir çağırışlar kontekstində bank sektorunun transformasiyası müzakirə olunub.

Biznes forumun rəsmi açılış mərasimində nümayəndə heyətlərinin rəhbərləri – Qırğızıstan Sənaye və Ticarət Palatasının prezidenti Temir Sariyev, Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akulbek Japarov, Türk Dövlətləri Təşkilatlarının Baş katibi Kubaniçbek Omuraliyev, Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hisarcıklığolu və digərləri çıxışlarında son illər iştirakçı ölkələr arasında çoxşaxəli əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayıblar.

Birgə investisiya layihələrinin sayının artması və uzunmüddətli ticarət əlaqələrinin qurulmasında inamlı dinamika da qeyd olunub.

İştirakçılar türk ölkələri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və əməli razılaşmaların əldə olunması istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində keçirilən B2B danışıqları zamanı işgüzar dairələrin nümayəndələri yeni əlaqələr qurmaq, praktiki aspektləri və yeni birgə təşəbbüslərin planlarını müzakirə etmək imkanı əldə ediblər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►
İqtisadiyyat / Biznes

Unibank və  BlueOrchard Finance Ltd....

Unibank və  BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi…
►►►