Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb

Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb. Yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

Yeni arxitektura çərçivəsində, investisiya şirkətlərinin müştəriləri APİ (Application Programming Interface) vasitəsi ilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində, müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra, depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilmişdir.

Bu yeni arxitektura, kapital bazarının inkişaf etdirilməsinə, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►