Bakıda Ötən illərin nəğmələri adlı konsert proqramı keçiriləcək

İyulun 10-da  AzKonsertin təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə Heydər Əliyev Sarayında Ötən illərin nəğmələri adlı konsert proqramı keçiriləcək. Konsertdə sevilən sənətçilərin ifasında ötən illərin ən gözəl nəğmələrini dinləyəcəksiniz.

Keçiriləcək tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcək: Xalq artistləri: Flora Kərimova, Zaur Rzayev, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Mübariz Tağıyev, Cavan Zeynallı. Əməkdar artistlər: Elton Hüseynəliyev, Şölə Səfərəliyeva, Rəşad İlyasov,  İlqar Sail, Xəyyam Mustafazadə, tanınmış ifaçılar: Arzu Rzayev, Nazim Faytonçu, Təranə Mahmudova, Fuad Musayev, Nadir Qafarzadə, Ceyhun Bakinskiy, Vüsal Hacıyev, Nərmin Kərimbəyova, Samirə Əfəndi, Məryəm Şabanova, Natavan Cəbizadə, Arzu Həsənli, Ülkər Əliyeva və başqaları çıxış edəcəklər.

Biletləri şəhərin bütün kassalarından və ya  İticket.az saytından əldə etməyə tələsin!

Biletlərin qiyməti –  29-99 ₼

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►