AZPROMO-da JETRO ilə görüş keçirilib

Görüşdə Yaponiyaya ixrac imkanları və investisiya tərəfdaşlığı müzakirə olunub.

Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

Görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti “FOODEX Japan 2024” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında yerli məhsulları təqdim edib. Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində Agentlik tərəfindən Yaponiya üzrə “İxrac bələdçisi”nin hazırlandığı da qarşı tərəfin diqqətinə çatdırılıb.

Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►