Yelo App Markswebb agentliyinin reytinqində yüksək yer tutub

Beynəlxalq tədqiqat və konsaltinq agentliyi Markswebb 2024-cü il üzrə Azərbaycan mobil bank tətbiqlərinin reytinqini açıqlayıb. 10 bank tətbiqi arasında 750-dən çox meyar üzrə aparılan araşdırmada Yelo App ən yüksək reytinq xalı yığan ikinci mobil tətbiqdir. Agentliyin təşkil etdiyi onlayn görüşdə Yelo App-in mövcud bir çox funksiyaları qlobal bank tətbiqləri ilə müqayisə edilərək örnək kimi göstərilib. Aparılan dəyərləndirmədə Yelo App-in əməliyyat növləri üzrə xərc və gəlirlərə nəzarət rahatlığı, müştərilərə mürəkkəb maliyyə əməliyyatlarının icrasını sürətləndirməsi və digər üstün tərəfləri xüsusilə vurğulanır.

Qeyd edək ki, Markswebb rəqəmsal xidmət və məhsulların qiymətləndirilməsi və təhlili üzrə ixtisaslaşmış nüfuzlu agentlikdir, dünya miqyasında agentliyin tədqiqatları yüksək dəqiqliyinə görə qiymətləndirilir. Bundan qabaq Yelo App 2022-ci ildə Agentliyin Azərbaycan mobil bank tətbiqləri arasında keçirdiyi eyni araşdırmasında ən yüksək reytinq xalı yığaraq ən rahat mobil tətbiq seçilmişdi.

Hazırda Yelo App 1 milyondan çox yüklənmə sayı ilə ölkəmizin ən çox istifadə olunan 4-cü mobil bank tətbiqidir. Tətbiq vasitəsilə həm fərdi, həm də biznes hesabını eyni zamanda idarə etmək mümkündür. Tətbiqdə qeyri-bank müştəriləri filiala gəlmədən tam onlayn qaydada kart və kredit əldə edə bilirlər. Çoxsaylı ödəniş imkanları, ƏDV geri al, səfirliyə arayış, ölkədaxili və xaricə pul köçürmə rahatlığı və bir sıra üstünlükləri ilə Yelo App müştərilərin bank təcrübələrini yeniləyir. Onların dəyişən ehtiyaclarına görə Yelo Bank öz rəqəmsal xidmətlərini təkmilləşdirməyə və genişləndirməyə davam edəcək.

Yelo App yükləmək üçün: http://bit.ly/ylmbltb

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/) ilə maraqlanırsınız?O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AZPROMO-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

AZPROMO-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib Ölkələrimiz arasında…
►►►
İqtisadiyyat / Biznes

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim etdi ABB ölkəmizdə kiçik sahibkarlığın…
►►►
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən Mikro Biznes krediti əldə etmək istəyən fərdi sahibkara özəl kampaniya

Birbank Biznes-dən Mikro Biznes krediti əldə etmək istəyən fərdi sahibkara özəl…
►►►