Kaspersky hesbaların qorunması tədbirlərini xatırladır  

Hesab məlumatları (login və şifrələr) təcavüzkarlar üçün cəlbedici hədəfdir. Onları oğurlamaq üçün təcavüzkarlar troyan stilerlər kimi zərərli proqramlardan və ya müxtəlif fişinq üsullarından istifadə edə bilərlər. Təkcə ötən il Azərbaycanda Kaspersky həlləri tərəfindən 945 min fişinq hücumunun qarşısı alınıb.

“Şifrə rəqəmsal təhlükəsizliyin vacib elementidir və o, həm fişinqdən, həm də müxtəlif zərərli proqramlardan qorunmalıdır. İstifadəçilər onu təhlükəsiz saxlamalı və mütəmadi olaraq dəyişməlidir. Fişinq tələlərinə düşməyin, şəxsi məlumatlarınızı daxil etdiyiniz bu və ya digər rəqəmsal kanalların həqiqiliyini hər zaman yoxlayın. Təşkilatlar və rəqəmsal xidmətlər üçün effektiv təhlükəsizlik həllinin köməyi ilə bütün rəqəmsal məlumatları, o cümlədən şifrələri etibarlı şəkildə qorumaq vacibdir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kaspersky şifrələrinizi düzgün qorumaq, saxlamaq və yeniləmək barədə tövsiyələri ilə bölüşür.

Hər hesaba özünəməxsus şifrə. Bu yanaşma bir hesab ələ keçirildikdə xoşagəlməz halların digər hesablara təsirinin qarşısını alacaq.

Şifrələr etibarlı olmalıdır. Şifrə nə qədər uzun olsa, bir o qədər yaxşıdır, məsələn, 12 simvol və ya daha çox. Fərqli ölçülərdə hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət olmağı daha yaxşıdır. Kombinasiyalarda real sözlər, adlar və ya yaddaqalan tarixlər, həmçinin “1234, password, qwerty” kimi hamının bilə biləcəyi variantlar olmamalıdır. Bəzi hallarda, hətta emojidən potensial olaraq şifrə kimi istifadə edilə bilər. Onlar Unicode standartının bir hissəsidir.

Təhlükəsiz saxlama. Şifrələri kağıza yazmağı və ya iş masasında mətn sənədlərində, həmçinin smartfonunuzda ekran görüntüləri kimi qeyd etməyi tövsiyə etmirik. Bu məqsədlər üçün xüsusi proqramlardan – şifrə menecerlərindən istifadə etmək daha etibarlı və rahatdır. Bu cür proqramlar istifadəçinin öz kibertəhlükəsizliyini təmin etmək üçün üzərinə düşən yükü əhəmiyyətli dərəcədə azaldır. Onlar mürəkkəb şifrələr yaradır, onları şifrələnmiş formada saxlayır və yeniləmə vaxtı gələndə xatırlatma edir. Sadalanan funksionallıqlar, məsələn, Kaspersky Password Manager-də mövcuddur. Bundan əlavə, proqram ekran görüntüləri və ya sənədlərin skanları kimi vacib faylları şifrələnmiş formada saxlaya bilər.

Cihazın qorunması. Cihaz zərərli proqram tərəfindən yoluxdurularsa və ya istifadəçi sosial mühəndislik üsullarından istifadə edən təcavüzkarın tələsinə düşərsə, hətta ən güclü şifrə də ələ keçə bilər. Buna görə də, smartfonlarda da daxil olmaqla bütün cihazlarda etibarlı təhlükəsizlik həllindən istifadə etmək vacibdir. Bu həll zərərli proqramın cihaza quraşdırılmasının qarşısını alacaq və istifadəçini fişinq linkinə keçid cəhdi zamanı xəbərdar edəcək.