“Level Leasing” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə alınmışdır
12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Level Leasing” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Level Leasing” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025530 |
| Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
| Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
| Səhmlərin sayı | 100,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 0.50 manat |
| Buraxılış həcmi | 50,000 manat |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |








