Xalq artisti Miri Yusifin konserti baş tutub

İyulun 12-si Xalq artisti Miri Yusifin konsertinin ilk günü baş tutub. 
Yaşıl Teatrda reallaşan gecədə sənət adamları, Xalq artistin ailə üzvləri, qazilər və “YAŞAT” Fondunun dəstəyi ilə şəhid ailəsi üzvləri qonaq qismində iştirak ediblər.

Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə  gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxıan Miri Yusif  “Mən heç kiməm” mahnısını ifa edib. Konsertdə köhnə hitlərlə yanaşı yeni mahnılarda yer alıb. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb. O tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib. Xalq artisti həyat yoldaşı Nərgizə də eşqini elan edib. Bildirib ki, 15-il öncə xanımı ilə Yaşıl Teatrda Röya Ayxanın konsertində rastlaşıb və ona vurulub.

Miri Yusif  ailə üzvlərinə , valideynlərinə və ruh əkizlərinə səalənərək onların dəstəyini daim hiss etdiyini  də vurğulayıb.

Qeyd edək ki, iyulun 13-14-ü də Yaşıl Teatrda Miri Yusif konserti baş tutacaq.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►