Türk və Azərbaycan ulduzları bir səhnədə!

​ 13 İyul​ Bakıda, EGP arenada Türkiyə və Azərbaycanın tanınmış və sevilən ulduzlarının iştirakı ilə “Quality Fest” baş tutub. Yadda qalan festivallarla ölkəyə səs- küy salan “Quality Event” şirkəti bu dəfədə izləyicilərə unudulmaz gecə bəxş edib.

Seçilmiş ifaçılarla yanaşı möhtəşəm dj şou, rəqs göstəriciləri insanların marağına səbəb olub.

Festivalda Türkiyənin məşhur ulduzları Emre Aydın, Ilyas Yalçıntaş, Can Ozan, Mert Aydın, Aydilge, Azərbaycanın sevilən müğənniləri Rəsul Əfəndiyev və Elvin Babazadə bir- birindən gözəl ifalarla izləyicilərə əyləncəli anlar yaşadıb.

Ulduzlu qonaqlar kulis arxasında yerli mətbuata bir neçə açıqlamalar verib.

Mert Aydın: ” Azərbaycanı çox sevirəm. Dünən Bakıda tanınmış Dj Orxan Mahmud çıxış edib, bügün ise mən bu gözəl festivalın səhnəsindəyəm.  Bütün dünyada didjeylər müğənilərdəndə populyar olub, böyük səhnələr yığır. Bu çox sevindiricidir”.

İlyas Yalçıntaş: ” Bakı mənim üçün çox doğmadır, burda özümü evimdəki kimi hiss edirəm.​ Yeni albom üzərində çalışıram, albomda türk qadın ifaçılarla duet kompozisiyalarda yer alacaq”. Sevgidən söz açan müğənni etiraf edib ki, həyatda yalnızdı, çünki şəxsi həyatına və evlənməyə vaxt ayra bilmir.

Aydilge: ” Bakıda ilk dəfəyəm. Azərbaycan mahnılarını çox sevirəm, repertuarımda bir necə azərbaycan mahnısı var. Sevda Ələkbərzadənin səsinin vurğunuyam, onla duet​ oxumaq istərdim”.

Saat 3-də başlanan konsert​ gecə 01:00 qədər davam edib və böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, EGP arenada​ 8000​ izləyici bu festivalı izləmək üçün bir araya gəlib.

Günel Həsənova