Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Bu gün Azərbaycan mətbuatı  149 illiyini qeyd edir. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb.

Milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verən ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə xüsusi şəkildə təbrik edib. “Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən hədiyyə olaraq 5GB mobil internet paketi təqdim olunub.

5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür. Ətraflı məlumat üçün https://www.azercell.com/az/about-us/press-releases/news/milli-mtbuat-v-jurnalistika-gene-kampaniyasi.html səhifəsinə keçid ala bilərsiniz.

Qeyd edək ki, “Azercell Telekom” işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini də daima dərin ehtiramla yad edir.

Azercell bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, onlara vacib və məsuliyyətli işlərində uğurlar arzulayır!