Xalq artisti Tünzalə Ağayeva “Dream fest”də iştirak edib.

Rockvell xəbər verir ki, pop ulduz təqdirəlayiq addım ataraq qırmızı xalıdan məhz fiziki məhdudiyyətli insanlarla keçib.
Füsünkar görünən sənətçi qırmızı xalı üçün mavi geyim seçib.

Jurnalistlərin suallarını cavablandıran star fikirlərini dilə gətirib: “Bu gün tək deyiləm. İstədim ki, cəmiyyətimiz tək ulduzlarımızı yox həm də həyatımızın əsas ulduzkarını görsünlər. Elə məhz buna görə də qərara gəldim ki, “Dream fest”in qırmızı xalçasından tək keçməyim, yanımda Nicatla Hüseyn olsun. Onlar çox istedadlıdırlar. Nə qədər ki, səhnədəyəm, mən daim onların yanında olacağam. Bu da cəmiyyətə bir mesaj olsun. Biz hamımız eyniyik, uğurluyuq. Fərqi yoxdur necə dünyaya gəlmişik. Allah hər birimizin yolunu açıq etsin”.

Daha sonra isə Xalq artisti “Sea breeze”n səhnəsinə çıxaraq ən məşhur hitlərini səsləndirib. Pop ulduz “Dünya səndən ibarət”, “Gözləyirəm” və “Bir də baxım” mahnılarını ifa edib.

Pop ulduzun çıxışı böyük izdihamla qarşılanılıb.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►