Laçın Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb

İşğaldan azad olunmuş Laçın şəhərində Laçın könüllülərinin təqdimatı keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Laçın Rayonunda Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının “Laçın Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Laçın könüllülərinin şəhərə təşkil olunan səfəri zamanı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov könüllülərlə görüşərək şəhərdə aparılan bərpa və quruculuq işləri haqqında, həyata keçirilən və gələcəkdə keçirilməsi planlaşdırılan layihələr haqqında geniş məlumat verib, könüllülərin səfər təəssüratlarını dinləyib, onlara bu nəcib işdə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin görüşdə tərəfdaş qurumların nümayəndələri könüllülərə işğaldan azad olunmuş ərazilərdə, eləcə də Laçın rayonunda könüllü fəaliyyətinin təşkili və onların iştirakı ilə həyata keçiriləcək fəaliyyətlər haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Laçın könüllülərinin belə səfərlərinin tez-tez təşkili, eyni zamanda, Nümayəndəliklə birlikdə Laçın rayonunda müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ekskursiya zamanı könüllülər işğaldan azad olunmuş, həyatın yenidən canlandığı, gündən – günə abadlaşan Laçın şəhərinin ərazisi ilə, buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, şəhərdə aparılan bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin könüllülər şəhərdə fəaliyyət göstərən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzində olublar.

Qeyd edək ki, könüllülər növbəti mərhələlərdə Laçın rayonunda fəaliyyət göstərəcək, o cümlədən tədbirlərin təşkilində yaxından iştirak edəcəklər. Eləcə də bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.

Əlaqədar məqalələr
City Life

“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir

“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir 2024-cü ildə regionda müdafiə sənayesinə…
►►►
City Life

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi…
►►►
City Life

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək Naxçıvan “KOB…
►►►