Pirallahı Sənaye Parkına 41 milyon manatadək investisiya yatırılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.

Pirallahı Sənaye Parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, indiyədək Sənaye Parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Sənaye Parkına 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Sənaye 4.0: Hakaton 2025”ə qeydiyyat başlayıb

“Sənaye 4.0: Hakaton 2025”ə qeydiyyat başlayıb Dekabrın 19-20-də İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Əhalinin gəlirləri 8 faizdən çox artıb

Əhalinin gəlirləri 8 faizdən çox artıb Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin…
►►►
İqtisadiyyat / Biznes

Qızıl və gümüşün hasılatında artım var

Qızıl və gümüşün hasılatında artım var Bu ilin yanvar-noyabr aylarında ölkədə 2…
►►►