Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəbli qızlar 2 bürünc medal və 1  həvəsləndirici mükafatla təltif ediliblər.

21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində keçirilən 4-cü Beynəlxalq Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən məktəbli qızlar vətənə mükafatlarla geri dönüblər. 56 ölkədən 194 məktəbli qızın qatıldığı beynəlxalq müsabiqədə məktəblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb. 

Qeyd edək ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər. 

Azercell qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir.

Əlaqədar məqalələr
City Life

“Hicaz” qrupunun solo konserti keçiriləcək

“Hicaz” qrupunun solo konserti keçiriləcək Talent Show Agency-in təşkilatçılığı…
►►►
City Life

Aqşın Abdullayev konsert proqramı ilə çıxış edib

Aqşın Abdullayev konsert proqramı ilə çıxış edib Əməkdar artist Aqşin Abdullayev…
►►►
City Life

“Qış Marafonu” kulinariya müsabiqəsi sona çatdı

“Qış Marafonu” kulinariya müsabiqəsi sona çatdı 12 qalib dəyərli hədiyyələr…
►►►