Beynəlxalq onlayn bazarlara çıxmaq üçün yeni platforma yaradılır

Azərbaycan sahibkarlarının öz məhsullarını “Amazon”, “ebay”, “Trendyol” kimi böyük onlayn bazarlarda sata bilməsinə dəstək vermək məqsədilə rəqəmsal platforma yaradılır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına KOBİA-nın dəstəyi ilə yaradılmış İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) komissiya sədrinin müavini Orxan Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda əsas hədəflərdən biri bu platformanı yaradaraq sahibkarların həmin bazarlarda satışı təşkil edə bilməsinə dəstək verməkdir: “Məsələn, ola bilər ki, sahibkar istehsal etdiyi məhsulu “Amazon” bazarına çıxarmaq istəyir, amma bunu edə bilmir. Platforma sahibkarlara bunu etmək üçün hansı addımların atılmalı olduğunu başa salacaq və onlara istiqamət verəcək. Yəni sahibkarlar burada həmin saytlara məhsullarını göndərmək, gömrük, karqo məsələlərini həll etmək kimi məsələlərlə bağlı suallarına cavab tapa biləcəklər. Araşdırmamıza görə, Azərbaycanda belə bir platforma yoxdur. Buna görə də İCMA bu məsələni həll etməyə çalışır”.

O.Hüseynov bildirib ki, Azərbaycan iş adamlarının məhsullarını təqdim etdiyi xarici bazarların coğrafiyası sektorlara görə dəyişir. “Elə sektor var ki, orada sahibkar məhsullarını Avropa, elə sektor var ki, Asiya ölkələrinə çıxarır”,- deyən İCMA nümayəndəsi əlavə edib ki, təxminən 500-dən çox üzvü olan qurumun əsas məqsədlərindən biri dövlət qurumları və özəl biznes nümayəndələri arasında sıx əlaqə yaratmaq, sahibkarların problemlərinin həllinə yardım göstərməkdir. Assosiasiyanın məqsədlərindən biri də iş adamlarının xarici bazarlara çıxışına dəstək verməkdir.

İlhamə İSABALAYEVA

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►