Yelo Bank “Parlaq İmzalar” nəşriyyatı ilə yeni layihəyə start verdi

Yelo Bank innovativ və düşünülmüş layihələri ilə müştəri məmnuniyyətini artırmağa davam edir. Bu təşəbbüsün davamı kimi “Parlaq İmzalar” nəşriyyatı ilə birlikdə əməkdaşlıq layihəsi həyata keçirib. Artıq Bankın yeni konseptli xidmət mərkəzlərində növbə gözləyərkən kitab oxuya bilərsiniz. Layihənin əsas məqsədi müştərilər üçün filiallarda qonaqpərvər mühit yaratmaq və onların vaxtını mütaliə ilə səmərəli dəyərləndirməyə həvəsləndirməkdir.

Bu əməkdaşlıq çərçivəsində Bankın dəstəyi ilə “Parlaq İmzalar” nəşriyyatı tərəfindən Cek Londonun “Həyat Eşqi”, Frans Kafkanın “Atama məktub”, Ştefan Svayqın “Şahmat”, Anton Çexovun “Qılaflı adam” kimi əsərləri çap olunub. “Yoldaş” seriyasına aid olan bu kitabların əsas özəlliyi dünya ədəbiyyatının qısa və mükəmməl əsərlərindən ibarət olmasıdır. Gələcəkdə əməkdaşlığın davamı kimi bir sıra yeni kitablar orijinal dillərdən tərcümə əsasında nəşr ediləcək.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►