BTC ilə nəql edilmiş neftin 81 faizi Azərbaycan nefti olub

Bu ilin yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 22771,0 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqletmənin 75,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari lin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 17167,0 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3 faizini və ya 13952,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7 faizini və ya 3214,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►