Topdan satış ticarət dövriyyəsi 7 faiz artıb

Azərbaycanda bu ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 7 faiz artaraq 16255,1 milyon manata bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, dövriyyənin 31,6 faizi ərzaq məhsullarının, 9,6 faizi içkilər və tütün məmulatlarının, 12,1 faizi bərk və maye yanacaqların əsasında formalaşıb.

Bununla yanaşı, dövriyyənin 7,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 3,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,7 faizi elektrik malları və mebellərin, 29,4 faizi isə digər qeyri-ərzaq mallarının topdan satışının payına düşüb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►