Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.

Sənədə əsasən ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl enerji” islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində “AGAS Group” MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və Sənaye Parkının “yaşıl enerji” ilə təmin olunması planlaşdırılır.

Əlaqədar məqalələr
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Rockvell xəbər verir ki, Dünya birjalarında neft…
►►►
Energetika

“Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək

Prezident: “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə…
►►►