Mynumber.az-da istədiyin nömrəni “Sima İmza” ilə sifariş et!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti şirkət “MyGroup Holdinq” MMC olub.

“SİMA İmza” holdinqə daxil olan və istəyə uyğun mobil nömrələrin satışını həyata keçirən “MyNumber” şirkətinin rəsmi saytına (mynumber.az) inteqrasiya edilib. İnteqrasiya sayəsində “mynumber.az” saytından mobil nömrə sifariş edən vətəndaşların şəxsi məlumatlarını doldurmasına ehtiyac yoxdur. Belə ki, “SİMA İmza” sahibi olan hər kəs “mynumber.az” saytında (yuxarı sağ küncdə) yerləşdirilən SİMA bölməsinə klikləyib, QR kodu skan etməklə məlumat bölməsini avtomatik doldurmuş olur. Bundan sonra isə nömrə sifarişini bir toxunuşla reallaşdırmaq və adına rəsmiləşdirmək mümkündür.

Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Sadəcə mobil telefona “SİMA İmza” tətbiqini yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir Abunəçilərinə ən…
►►►
Elm / Texnologiya

Hər ikinci kompüterdə əvvəlki kimi “Windows 10” əməliyyat sistemi quraşdırılıb

Kaspersky: hər ikinci kompüterdə əvvəlki kimi “Windows 10” əməliyyat sistemi…
►►►
Elm / Texnologiya

Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS

Sahibkarlar üçün rahat və çevik həll – Yelo Mobil POS Bugünkü biznes mühitində…
►►►