90 milyondan çox öyrənənə xidmət göstərən “National Geographic Learning”in baş direktoru “Yeni çağırışlar”da

Avqustun 23-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Proqramın budəfəki buraxılışında “National Geographic Learning” Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersen qonaq olacaq. Erik Qundersen ilə yaşıl təhsil barədə danışılacaq.

Proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Erik Qundersen Portuqaliyanın Lissabon şəhərindəki Amerika Dil İnstitutu və Berkli Kaliforniya Universitetində müəllim olaraq çalışıb. O həmçinin bir sıra ölkələrin təhsil nazirlikləri üçün uğurlu layihələr həyata keçirib.

Erik Qundersenin rəhbərlik etdiyi “National Geographic Learning” Qlobal Tərəfdaşlıq Qrupu 133 ölkədə 90 milyondan çox öyrənənə xidmət göstərən aparıcı nəşriyyatlardandır. Məqsədi orijinal tədris materialları vasitəsilə şagird və tələbələri bilik və bacarıqlarla təmin etmək, onları gələcəyin liderləri olaraq hazırlamaqdır.

Əlaqədar məqalələr
Elm / Texnologiya

"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində....

“Ookla” Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi…
►►►
Elm / Texnologiya

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►
Elm / Texnologiya

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç! “SİMA KYC”nin…
►►►