Türkiyənin məşhur müğənnisi Cem Adrian Bakıda möhtəşəm konsert verib

Güclü səsi və mahnıları ilə hərkəsin sevgisini qazanan Türkiyənin məşhur müğənnisi Cem Adrian Bakıda möhtəşəm konsert verib. Gecə Event Office Yay Konsertləri çərçivəsində 17 Avqust Yaşıl Teatrda baş tutub.

“Salam, Bakı. Burada olmağıma çox şadam. Sizi sevirəm. Möhtəşəmsiz”, deyən müğənni konserti “Sen Benim Şarkılarımsın” ifası ilə açıb.  Müğənniliklə yanaşı, bəstəkar, prodüser və rejissor olan Cem Adrianın səs diapazonu basdan sopranoyadəkdir. Musiqi karyerasına 18 yaşında başlayıb. “Ben bu şarkıyı sana yazdım” adlı ilk albomunu 2005-ci ildə buraxıb. Üç il sonra isə Adrianın “Essentials /Seçkiler” və “Emir” adlı iki albomu birdən çıxıb. Bir neçə dəfə “Altın kelebek” mükafatının “İlin mahnısı”, “İlin müğənnisi” kateqoriyalarında qalib olub.

Cem Adrian musiqidə sərhədlər, tərzlər və qaydalardan kənardı. Özünü sadəcə “özgür bir müzisyen” adlandıran Cem Adrian Bakı konsertində gözəl səsi və möhtəşəm performansı ilə pərəstişkarlarına musiqi dolu saatlar yaşadıb. O, səhnədə bir birinin ardınca sevilən əsərlərini səsləndirib. Onların arasında müğənninin “Bən seni çok sevdim”, ” Mehriban”,  Mutlu yıllar”, “Yıldizların altında”, “Ayrılık”, “Küçük adam”, ” Kül” və s. kimi mahnıları  olub.

“Event office”-in təşkilatçılığı ilə baş tutan  konsert böyük çoşqu ilə keçib və hamının zövqünü oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►