İsveçrənin tanınmış müğənnisi Sophie De Quay Bakıya gəlir
İsveçrənin ən məşhur qadın müğənnilərindən biri olan SOPHIE DE QUAY 19 Sentyabr 20.00 Atalier 61 Events Hall-da konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı – Event Office və İsveçrənin Azərbaycan Respublikasındakı səfirliyi.

Bakıda ilk dəfə çıxış edəcək SOPHIE DE QUAY möhtəşəm səsi və ifası ilə bakılı musiqisevərlərə unudulmaz saatlar bəxş edəcək. İsveçrə səfirliyinin töhfələri ilə baş tutacaq bu konserti qaçırmayın.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından əldə etmək mümkündür. Qiymət- 20 ₼
Günel Həsənova