AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda “Chain Reaction 2024” tədbiri keçirilib. 10-12 sentyabrda baş tutan tədbirin əsas mövzuları veb 3.0, innovativ texnologiyalar, blokçeyn, kriptovalyuta, süni intellekt, rəqəmsal aktivlər və s.  olub.

Tədbirin əsas sessiyasında AzInTelecom-un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev texnologiya və kommunikasiya sahəsində yeniliklərə dair “İnteqrasiya edilmiş innovativ ekosistemlərin yaradılması” mövzusunda çıxış edib. O, çıxışı zamanı şirkətin təqdim etdiyi bulud xidmətləri və yeni nəsil rəqəmsal SİMA imza ilə bağlı sualları cavablandırıb. F.Fərəcullayev bildirib ki, artıq 200-dən çox qurum öz informasiya sistemlərini AzInTelecom-a məxsus Data Mərkəzlərimizə köçürüb. Hazırda yeni 2 Data Mərkəzin tikilməsi istiqamətində isə işlər aparılır.

O, SİMA biometrik imza sayəsində isə dövlət qurumları və biznes subyektlərinin xidmətlərini rəqəmsallaşdırdığını, ölkənin ən ucqar yerlərində yaşayan vətəndaşlarımızın belə heç yerə getmədən bu xidmətlərdən yararlana bildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, konfransın sponsorlarından biri olan “AzInTelecom”un stendində şirkətin məhsul və xidmətləri barədə qonaqlara ətraflı məlumat verilib, hədiyyələr təqdim edilib.

Chain Reaction 2024 tədbirinin gedişatında çıxışlarla yanaşı, panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib.

Əlaqədar məqalələr
City Life

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı! İnnovasiya lideri…
►►►
City Life

Yelo komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib

Yelo komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib Yelo Bank…
►►►
City Life

Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi

Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi Müğənni Azad Şabanov yaradıcılığında…
►►►