Hindistan və Azərbaycan Beynəlxalq Muğam Mərkəzindəki möhtəşəm mədəniyyət sərgisində birləşdi

Hindistan Səfirliyi Beynəlxalq Muğam Mərkəzi ilə birgə 17 sentyabr 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində Hindistan-Azərbaycan Mədəniyyətlər Qovuşması tədbiri keçirdi. Tədbir bir sıra yaddaqalan səhnələrlə iki xalq arasındakı çoxillik mədəni əlaqələri bir daha vurğuladı.

Səfir Sridharan Madhusudhanan və əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru cənab Sahib Paşazadə qonaqları salamladılar.

Günay Bəndəliyeva, İlahə Zeynalova və Sona Abdullayevanın ifasında tamaşaçılara klassik və yarımklassik hind rəqsləri təqdim olundu. Tanınmış sənətçi cənab Elmar Racsur “Ai Zindage Gale” və “Goron Ki Na Kalon Ki” kimi klassik hind filmi mahnılarının ifası ilə izləyənləri heyran etdi.

Bundan əlavə, tamaşaçılar Azərbaycanın zəngin bədii irsini tərənnüm edən “Vətən balladası” və “Cəngi rəqsi” kimi ənənəvi Azərbaycan milli rəqs nömrələrini, həmçinin Elnur Zeynalovun ifasında “Şuşa dağları” və Ayşən Mehdiyevanın ifasında “Qönçələrin Rəqsi” mahnılarını dinlədilər.

Tanınmış nüfuzlu şəxslər, incəsənət xadimləri, hind icmasının üzvləri və Hindistanın Azərbaycandakı dostları da tədbirə qatılanlar arasında idi.

Hindistan və Azərbaycan bədii sənətkarlıq nümunələrinin vəhdəti ilə keçirilən tədbir hər iki ölkənin istedadlarını nümayiş etdirməklə yanaşı, onları birləşdirən mədəni bağı bir az da gücləndirdi. İştirakçılar tədbirdən ortaq irs hissi və gücləndirilmiş mədəni bağlılıq hissi ilə ayrıldılar.