Ferhat Göçer Bakıda konsert proqramı ilə çıxış edib

Ferhat Göçer Bakıda konsert proqramı ilə çıxış edib

Türkiyənin məşhur sənətçisi Ferhat Göçer Bakıda konsert proqramı ilə çıxış edib. Anadolu Events təfəfindən təşkil olunan konsert 22 senyabr Bakı Konqres Mərkəzində baş tutub.

1.5 saat davam edən musiqili proqramda Fərhat Göçer sevilən mahnılarını ifa edərək pərəstişkarlarına xoş anlar yaşadıb. “Yıllarım Gitdi”, “Kalb kalbe karşı”, “Ayrılsak ölürüz biz”, Unutmuş Çoktan”, “Sen Elimden Tut” və digər hitləri böyük alqışla qarşılanıb.

Möhtəşəm konsert axşamında türkiyəli ulduz Fərhat Göçer öz repertuarı ilə  yanaşı ,  izləyicilərinə surpiriz ifa da təqdim edib. Bekə ki, o səhnəni Elnar Xəlilovla  paylaşaraq gözəl konsept yaradıb. Mərhum sənətkar Mirzə Babayevin repertuarından “Kimlər gəldi, kimlər getdi ” mahnısını və “Uzun ince bir yoldayım” türküsünü duet şəklində ifa ediblər. Ferhat Göçer hər konsertində qarşıllaşdığı  fanat sevgisinə görə izləyicilərinə dərin minnətdarlığını bildirib.

Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►