“Azerconnect Group” Brandon Hall Group Mükəmməlik Mükafatlarına layiq görülüb

Azərbaycanın ən böyük İKT şirkəti “Azerconnect Group” altı müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməlik Mükafatına layiq görülüb. Şirkətin həyata keçirdiyi layihə və proqramlar bu il iki qızıl,  bir gümüş və üç  bürünc mükafat qazanıb.

Göstərilən xidmətlərin keyfiyyətini daha da yüksəltmək məqsədilə həyata keçirilən “Müştərimizi tanıyaq” layihəsi “Ən yaxşı unikal və ya innovativ HR proqramı” kateqoriyasında qızıl  mükafata layiq görülüb.

Eyni zamanda, “Azerconnect Group”un insan resursları üzrə baş müdiri Mətanət Babayeva “Ən yaxşı HR lider” kateqoriyasında qızıl mükafatı qazanıb. 

Bundan əlavə, şirkətin müxtəliflik, bərabərlik və inklüzivlik, gələcək fəaliyyət və istedadların cəlb olunması sahələrində reallaşdırdığı layihə və proqramlar gümüş və bürünc mükafatlara layiq görülüb. 

“Azerconnect Group” əməkdaşların rifahına, onların peşəkar inkişafına, inklüzivliyə və müxtəlifliyə yönəlmiş təşəbbüslərə xüsusi önəm verir. Şirkət ardıcıl iki dəfə “Top Employers Institute” tərəfindən “Ən yaxşı işəgötürən” mükafatına layiq görülən yeganə yerli şirkətdir. “Azerconnect Group”, həmçinin beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin də qalibi seçilib.

Brandon Hall Group Mükəmməlik Mükafatı insan kapitalının idarəolunması sahəsində həyata keçirilən effektiv və innovativ təşəbbüslərə görə təqdim edilir. Cari ildə qaliblər sırasında “Azerconnect Group”la yanaşı, “Google”, “HP”, “IBM”, “Shell”, “General Motors”, s. şirkətlər də var.

Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►