“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub

“AzerGold” QSC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri üçün Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) tanışlıq səfəri təşkil edilib.

Səfər zamanı əvvəlcə RİİB könüllülərinə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, fərdi mühafizə vasitələri təqdim edilib.

Daha sonra könüllülər “Çovdar” qızıl mədəni, yeni istifadəyə verilən, Çəndə qələviləşdirmə texnologiyası əsasında fəaliyyət göstərən Çəndə Qələviləşdirmə Zavodu, eləcə də Topa qələviləşdirmə texnologiyası əsasında mövcud istehsalat infrastrukturu ilə tanış olublar.

Tanışlıq səfəri zamanı könüllüləri maraqlandıran suallar cavablandırılıb. Qonaqlara ÇİRES-də qiymətli metalların hasilatı, emalı prosesi, tətbiq edilən istehsalat texnologiyaları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, ÇİRES-də həyata keçirilən hasilat və istehsalat prosesi ilə ictimaiyyət nümayəndələrinin mütəmadi tanışlığı məqsədi ilə infoturların təşkili bundan sonra da davam etdiriləcək.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib Azərbaycan Respublikasının Prezidenti…
►►►
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►