“Diadem” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Diadem” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 17 oktyabr 2024-cü il tarixindən başlayaraq 21 oktyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində “Diadem” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 24 oktyabr 2024-cü il tarixində baş tutacaqdır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Diadem” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ1002022809
Səhmlərin növü və formasıSəhm adi, sənədsiz, adlı
Ticarət üsulu/formasıKütləvi/Abunə yazılışı
Səhmlərin sayı134 (ədəd)
İlkin ticarət qiyməti750 manat
Buraxılış həcmi100,500 manat
Anderrayter“Assist Finance İ.Ş.” ASC
Ticarətə buraxılma tarixi24.10.2024
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan məhsullarının Avropanın....

Azərbaycan məhsullarının Avropanın satış şəbəkələrinə çıxarılması barədə…
►►►
İqtisadiyyat / Biznes

4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər…
►►►
İqtisadiyyat / Biznes

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək “KOB FEST” sərgi-satış…
►►►