AZPROMO “Rebuild Karabakh” sərgisində təmsil olunur

Stenddə Azərbaycanın biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.

Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi keçirilir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO sözügedən sərgidə stend ilə təmsil olunur.

“Made in Azerbaijan” və “Invest in Azerbaijan” hissələrindən ibarət AZPROMO stendində ölkəmizin biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim edilir, ixrac məhsullarına dair videoçarxlar nümayiş olunur. Stenddə həmçinin yeni əlaqələrin qurulması məqsədilə görüşlərin keçirilməsi üçün xüsusi yer ayrılıb.

Sərgi 17 oktyabr tarixinədək davam edəcək.

Qeyd edək ki, “Rebuild Karabakh” – Qarabağın bərpasına həsr olunmuş ilk ixtisaslaşmış sərgi olmaqla, bölgənin inkişafına və infrastrukturunun bərpasına dəstək üçün şirkətlərə geniş imkanlar yaradır.

Əlaqədar məqalələr
Tikinti

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb Bu ilin yanvar-sentyabr aylarında…
►►►
Tikinti

Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəlişi

Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik…
►►►
Tikinti

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları “Made in…
►►►