Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

Lider mobil operator “Kitab Klubu” layihəsi ilə mütaliəyə həvəs yaratmağa davam edir.

Azercell “Kitab Klubu” layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir. Şirkət bu təşəbbüs çərçivəsində oktyabr ayının 25-də xüsusi tədbir keçirəcək. Tədbirin qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir olacaqlar.

Qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkməyə müvəffəq olan “Əqrəb” romanı və kitab əsasında ərsəyə gələn Azərbaycan serialı “Əqrəb mövsümü” haqqında danışacaqlar.

Tədbirdə tanınmış simalarla yanaşı, Azercell-in “Kitab Klubu”nun üzvləri də iştirak edərək “Bookmate” və “Litres” platformalarında yerləşdirilmiş əsərlərdən parçalar səsləndirəcəklər.

“Kitab Klubu”nun qonağı olmaq və “Homy Brasserie” kafesində keçiriləcək ədəbiyyat axşamında iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/4BerPc1me6

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►