Ekslüziv olaraq “CineMastercard”da tarixi film “Bir Cumhuriyet Şarkısı”

Yalnız “CineMastercard” premium kinoteatrında oktyabrın 25-dən etibarən Türkiyənin “Bir Cumhuriyet Şarkısı” tarixi dramın nümayişi başlayacaq.

Film BKM studiyasının XX əsrin otuzuncu illərində Türkiyəni formalaşdıran tarixi hadisələrə həsr olunmuş genişmiqyaslı əsəridir. Məhz bu dövrdə əfsanəvi Kemal Atatürkün rəhbərliyi ilə yeni cümhuriyyət yarandı.

Filmin rejissoru Yağız Alp Akaydındır.

Əsas rolları istedadlı aktyorlar – milli musiqi məktəbinin yaradıcılarından biri və ilk milli operanın bəstəkarı Ahmet Adnan Sayqunu canlandıran Salih Bademci və onun həyat yoldaşı, pianoçu Mediha rolunu Melis Sezeniyə həvalə edilib.

Ertan Saban hərəkatın lideri Mustafa Kemal Atatürkün rolunu aldı. Ekranda ölkənin ilk opera müğənnisi olan Nimet Vahid obrazını Birce Akalay, Münir Hayri Egeli rolunu isə Ahmet Rıfat Sunqar oynayacaq. Okan Yalabık prezident yanında simfonik orkestrin ilk bədii rəhbəri Osman Zeki Ungör rolunda çıxış edəcək.

Çəkilişlər 2024-cü il martın 11-də başlayıb və çoxdan gözlənilən premyera 2024-cü ildə – respublikanın yüz illiyi şərəfinə planlaşdırılıb.

Böyük insanların həyat və yaradıcılığı heç bir tamaşaçını laqeyd qoymayacaq!

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Rafet El Roman üç gün Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Rafet El Roman üç gün Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib 9, 10 və 11…
►►►
City Life

Gürcüstanın qızıl səsi Dato Kençiaşvili....

Gürcüstanın qızıl səsi Dato Kençiaşvili Bakıda konsert proqramı ilə çıxış…
►►►
City Life

Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib

Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib Rockvell xəbər verir ki…
►►►