İşğaldan azad olunmuş ərazilərdə xidmət sahəsi üzrə layihələr güzəştli kredit mexanizmi ilə dəstəklənir
Xidmət sahəsi üzrə layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir.
Fondun məlumatına görə, belə ki, Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməklə ictimai iaşə (restoran, kafe, yeməkxana, bufet və s.), ictimai nəqliyyat (müəyyən marşrut xətti üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasının həyata keçirilməsi) və digər xidmət sahələrinin inkişafını nəzərdə tutan layihələr bu prioritet istiqamətə aid edilir.
Sahibkarlar belə layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər.