İndoneziyaya xam neft məhsullarının ixrac həcmi 25 faizdən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya 161,6 milyon ABŞ dolları dəyərində 277 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 7,6 faiz və ya 11,4 milyon dollar, həcm baxımından isə 25,3 faiz və ya 55,9 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 11 milyard dollar dəyərində 17,6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İndoneziya 13-cü yerdə qərarlaşıb və ixrac həcminin 1,57 faizi məhz bu ölkənin payına düşüb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►